Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçiriləcək.
Newsport.az saytının məlumatına görə, VII tur çərçivəsində 3 qarşılaşma baş tutacaq.
Azərbaycan millisi Norveç yığması ilə qarşılaşacaq. Komandamız səfər oyununu Skandinaviyada keçirəcək.
Ardıcıl üç məğlubiyyət alan yığmamız uğursuzluq zolağından çıxmaq üçün mübarizə aparacaq. Robert Prosineçkinin yetirmələri Bakıda məğlub etdikləri rəqibi Osloda da xalsız qoymaq niyyətindədirlər.
Qeyd edək ki, "Ulleval" stadionundakı oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
DÇ-2018, seçmə mərhələ
VII tur
1 sentyabr
C qrupu
22:45. Norveç - Azərbaycan - 2:0
Qol: Coşua Kinq, 32-pen. Rəşad Sadıqov, 60-avtoqol
Baş hakim: Daniel Stefanski
Baş hakimin köməkçiləri: Robert Marcin Boniek, Dawid Golis
Dördüncü hakim: Bartosz Frankowski (Hakimlər Poşadandır)