“Qəbələ” Yaponiya və Tailand klubları ilə heç-heçə etdi

Cənubi Koreyada keçirilən 13 yaşadək futbolçular arasında beynəlxalq turnirə yekun vurulub. 

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, yarışda qüvvəsini sınayan “Qəbələ”nin müvafiq yaş qrupu üzrə komandası turnirin son günündə iki qarşılaşma keçirib. 

“Qırmızı-qaralar” öncə Yaponiyanın “Vejitto” komandası ilə görüşüb. 2:2 hesabı ilə başa çatan matçda Hüseynağa Səlimov və Sadiq Şəfiyev qol sevinci yaşayıb. 

“Qəbələ” son matçında da sülhlə kifayətlənib. Təmsilçimiz Tailandın BCC klubu ilə heç-heçə edib - 3:3. Bu görüşdə Esqin Əhmədov, Hüseynağa Səlimov  və Okan Təhməzli qol vurub.

Turnirin qalibi adına isə Braziliyanın “Santos” klubu yiyələnib. İspaniya “Selta”sı 2-ci, yerli “Çunqmu” 3-cü yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right