Braziliyalı futbolçu rəsmən “Qarabağ”da

Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək “Qarabağ” klubu heyətini braziliyalı futbolçu ilə gücləndirib.

Newsport.az saytının məlumatına görə, Ağdam təmsilçisi bir neçə gündür danışıqlar apardığı PAOK-un yarımmüdafiəçisi Pedro Enrikeni icarəyə götürüb.

Məlumatı PAOK-un idman direktoru Lüboş Mihel təsdiqləyib.

Onun sözlərinə görə, Enrikenin icarə əsasında “Qarabağ”a keçidi üçün razılıq əldə olunub.

Qeyd edək ki, daha öncə “Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə “Renn” klubundan PAOK-a keçib. O, yunan klubunda 23 oyunda 6 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right