DÇ-2018-in seçmə mərhələsində sabah Norveçlə qarşılaşacaq yığmamızın start heyəti bəlli olub.
Newsport.az saytının məlumatına görə, bu barədə oyundan öncəki mətbuat konfransında millimizin baş məşqçisi Robert Prosineçki açıqlama verib.
Komandamızın ilk "11-liy"i belə olacaq:
Kamran Ağayev, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Rəşad Sadıqov, Qara Qarayev, Riçard Almeyda, Cavid Hüseynov, Namiq Ələskərov, Mahir Mədətov, Dmitri Nazarov.
