"Olimpiakos"un forvardı "Qarabağ"ın hədəfində

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" transfer çalışmalarını davam etdirir.

Newsport.az saytının məlumatına görə, Yunanıstanın PAOK klubunda Pedro Enrikeni icarəyə götürən Ağdam klubu bu ölkədən daha bir oyunçunun keçidini həll etmək istəyir. "Atlılar" "Olimpiakos"un forvardı Kərim Ansarifardı tranfer hədəfinə alıb. "Qarabağ" İran yığmasının üzvünü 1 illik icarəyə götürmək istəyir. Məlumatı Yunanıstan mətbuatı yayıb.

Cənubi Azərbaycandan olan forvard bu ilin yanvar ayında "Panionios"dan "Olimpiakos"a 400 min avro qarşılığında keçib. Kərim İran millisinin heyətində 54 oyun keçirib və 15 qol vurub.

sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right