Daha bir futbolçumuz karyerasını ölkə xaricində davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, bu, Valeh Seyidovdu. Dəfələrlə müxtəlif yaş qrupları üzrə ölkə çempionatlarının qalibi və bombardiri olmuş hücumçu Portuqaliyanın "Louletano" klubu ilə müqavilə bağlayıb. İkinci liqada mübarizə aparan klubla anlaşmanın müddəti 1+1 ildi. "Louletano" Seyidovu uzunmüddətli baxış mərhələlərdən keçirəndən sonra düşərgəsində saxlayıb.
Qeyd edək ki, futbolçu "Bakı"nın yetirməsidi. O, paytaxt təmsilçisinin heyətində həm Premyer Liqa, həm də I Divizion təcrübəsi toplayıb.