"Qəbələ" fasilədən yararlanacaq: Rəqibin adı bəllidir

Milli komandaların oyunları ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında yararan fasilədən istifadə edən "Qəbələ" yoxlama oyunu keçirəcək.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" "Sumqayıt"la üz-üzə gələcəklər. Qarşılaşma sentyabr ayının 4-də "Sumqayıt"ın meydanında reallaşacaq. 

Qeyd edək ki, bu komandalar yeni mövsümdə bir dəfə qarşılaşıblar. Topaz Premyer Liqasının II turuna təsadüf edən oyunda "Qəbələ" öz meydanında 1:0 hesablı qələbə qazanıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right