UEFA Çempionlar Liqasında C qrupunda "Çelsi", "Atletiko" və "Roma" ilə q arşılaşacaq olan "Qarabağ"ın yeni futbolçu axtarışları davam edir.
Newsport.az-ın məlumatına görə, "köhlən atlar"ın sıralarına cəlb etmək istədiyi oyunçu Böyük Brtianiyadandı. Belə ki, Ağdam klubu uesli yarımmüdafiəçi Co Ledlinin xidmətində maraqlıdı. "Qarabağ"ın sözügedən futbolçu üçün 450 min dollarlıq təklif göndərdiyi iddia olunur. Ancaq futbolçu bu məbləği az hesab etdiyindən danışıqlar başlamadan bitib.
Ledli “Kardif Siti” klubunun yetirməsidi. 2004-cü ildən 2010-a qədər məhz doğma klubunda çıxış edən və 229 oyunda 27 qola imza atan yarımmüdafiəçi daha sonra Şotlandiyanın “Seltik” klubuna üz tutub. 4 il ərzində bu komandada 106 oyun keçirib, 20 qol vuran futbolçu 2014-cü ildən “Kristal Pelas”da top qovurdu. İngiltərə təmsilçisində 83 oyuna 6 qolla yadda qalan Co bu yay klubla yollarını ayırdıqdan sonra azad agent statusu daşıyır.