"İnter" "Kəpəz" üçün başladı

Azərbaycan Premyer Liqasının 3-cü turunda “Səbail”i məğlub edərək ilk xallarını qazanan “İnter”də istirahət başa çatır.

Newsport.az-ın məlumatına görə, bakılılar 3 günlük istirahətdən sonra bu gün ilk məşqinə çıxacaq. Çalışmalarda yalnız uzun müddətdi zədəli olan Fuad Bayramov iştirak edə bilməyəcək.

Paytaxt klubu çempionatın 4-cü turunda Yevlaxda "Kəpəz"in qonağı olacaq.

Qeyd edək ki, “İnter” Premyer Liqada geridə qalan 3 turdan sonra 3 xalla 4-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right