"Qarabağ" azarkeşlərinə görə cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqasının III turunun “Neftçi” – “Kəpəz” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının III turunun  “İnter” – “Səbail” matçının 63-cü dəqiqəsində “İnter” klubunun 33 №-li futbolçusu Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının III turunun  “Qarabağ” – “Qəbələ” matçının 69-cu dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin III turunun “İnter" – “Səbail” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur. Oyunun 43-cü dəqiqəsində “Səbail” klubunun məşqçisi Toğrul Əhmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır,  klub 400 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin III turunun “Neftçi" – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right