"Oyun haqda deyəcəyim bir şey yoxdur. Düşünürəm ki, xeyli qol epizodumuz oldu, ancaq bundan istifadə edə bilmədik".
Newsport.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin legioneri Dion Malone Azərbaycan Premyer Liqasının III turunda "Qarabağ"a səfədə 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirdiyi brifinqdə deyib.
Surinam əsilli hollandiyalı yarımmüdafiəçi qısa danışmağı üstün tutub: "Biz əlimizə düşən qol imkanlarından yararla bilmədik. "Qarabağ" isə sadə epizodlar yaratdı və qol vurdu".
Malone "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri haqda bunları söyləyib: "Qarabağ" çox yaxşı komandadır. Onlara ancaq uğurlar diləyirəm".