Premyer Liqanın XV turunun iki matçı canlı yayımlanacaq.
"İnter Arena"da keçiriləcək və saat 15:15-də başlayacaq "İnter" - AZAL matçını İdman Azərbaycan canlı yayımla azarkeşlərə nümayiş etdirəcək.
Turun mərkəzi qarşılaşması sayılan "Qarabağ" - "Neftçi" matçı isə AzTV-nin canlı yayımında olacaq. Bu qarşılaşma isə saat 17:15-də start götürəcək.