Hafiz Məmmədov üçün əlamətdar gün

Bu gün "Bakı” Futbol Klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Hafiz Məmmədov üçün əlamətdar gündür. Hafiz Məmmədovun 50 yaşı tamam olur. Hafiz Məmmədov 2004-cü ildən etibarən "Bakı” klubunun prezidentidir. Onun rəhbərliyi altında komanda 2 dəfə ölkə çempionu olub, 3 dəfə kuboka sahib çıxıb, həmçinin Avroliqanın play-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Yubiley münasibətlə "Bakı" futbol klubunun idarə heyəti inzibati, məşqçi və futbolçu kontingenti qayğıkeş və gülərüz insan Hafiz bəyi müəllimi təbrik edir ona biznes və şəxsi həyatında uğurlar arzulayır. Ad gününüz mübarək!
Hafiz Məmmədov 8 böyük futbol meydançası olan və 100 uşağın təlim aldığı futbol akademiyasından ibarət möhtəşəm bir futbol bazasını Azərbaycan futboluna təqdim edib. Hal-hazırda bu akademiyanın məzunları klubun əsas komandasında və bir çox Premyer Liqa klublarında top qovurlar.

O, uğurlu iş adamı olması ilə bərabər Azərbaycanın dünyada təbliği yönündə də böyük işlər görür. İspaniyanın "Atletiko" və Fransanın "Lans" klubları ilə əməkdaşlıq sayəsində hər iki Avropa ölkəsində, eləcə də bütün dünyada  ölkəmizi yüz minlərlə insanlar tanıyıb. Hər iki klubun oyun formasında "Azerbaijan- Land of fair" loqotipi görüntülənir.
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right