"Qarabağ" - "Qəbələ" oyununu neçə azarkeş izlədi?

Azərbaycan Premyer Liqasının 3-cü turunda qeydə alınmış azarkeş sayı bəlli olub.

Newsport.az-ın məlumatına görə, turun ən yüksək nəticəsi “Qarabağ” - “Qəbələ” oyununda qeydə alınıb. Suraxanıdakı “Azersun Arena”da keçirilən və meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə nəticələnən matçı 4200 tamaşaçı stadiondan izləyib.

Ən aşağı göstərici isə “İnter Arena”da qeydə alınıb. Cəmi 1000 tamaşaçı “İnter”in “Səbail” üzərində minimal hesablı qələbəsinin canlı şahidi olub.

Digər oyunlardan 8-ci km stadionunda keçirilən “Neftçi” - “Kəpəz” qarşılaşmasını (0:0) 1800, Zirə idman kompleksinin stadionunda baş tutmuş “Zirə” - “Sumqayıt” matçını (3:1) isə 1100 azarkeş tribunalardan izləyib.

Ümumilikdə, turun 4 oyununu 8100 tamaşaçı izləyib ki, bu da, hər oyuna orta hesabla 2025 nəfər deməkdi. Xatırladaq ki, bu, cari mövsümdə qeydə alınmış ən yüksək nəticədi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right