"Araz Naxçıvan" AFFA və PFL-i hədəf aldı

“Araz Naxçıvan”ın rəsmi saytı bu dəfə AFFA ilə PFL-i yalançılıqda ittiham edib.
 
“Həqiqəti əks etdirməyən xəbərlər” başlığı altında dərc olunan yazıda aşağıdakı fikirlər qeyd olunub: “Klub çempionatdan imtina etdikdən sonra heç bir AFFA və ya PFL rəsmisi, nümayəndəsi Naxçıvan Muxtar Respublikasına gəlməyib. Bundan başqa, “Araz-Naxçıvan” çempionatdan imtina etməsi barədə rəsmi məktubda da göstərdiyi kimi, yalnız hakimliklə bağlı problemlərə görə çıxışını dayandırdığını bildirib. Klubun maliyyə və ya digər səbəblərdən heç bir problemi olmayıb. Əgər bu tipli problemlər olsaydı, o zaman komanda indi fəaliyyətini davam etdirməzdi. Digər tərəfdən, PFL tərəfindən verilən açıqlamada klubun çempionatda çıxışını davam etdirməsi və imtina etməməsi üçün muxtar respublika təmsilçisinə bir neçə təklif irəli sürdüyü də bildirilir. Tərəfimizdən bildirmək istəyirik ki, bu barədə qurum tərəfindən heç bir təklif almamışıq və yazılanlar əsassız xəbərlərdir”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right