"Biz indi öyrənmək istəsək, ömrümüz çatmaz" - Roman Qriqorçuk

"Bu gün bir xeyli epizodlar oldu. Yararlana bilmədik. ustalıq səviyyəsi çatışmadı, bundan başqa düzgün qərarlar qəbul etmədik. Ustalığı əldə etmək olar, daha yaxşı hazırlaşmaqla və s. Biz indi öyrənmək istəsək, ömrümüz çatmaz. Bu matç bizim motivasiyamıza təsir edə bilməz. "

Newsport.az  saytının məlumatına gör, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib. Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasında III turun ”Qarabağ” – “Qəbələ” (2:1) oyunundan sonra keçirilən mətbuat konfransında matç haqda danışıb.

Roman Qriqorçuk daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Siz düşünürsünüzmü, komandaya gənc istedadlı futbolçu cəlb etmək lazımdı?

- Bu oyunçunu tapmaq mümkün deyil. Cavan oyunçularımız var onlarla məşq edəcəyik. Yalnız bu yolla əldə etmək olar. Gənc istedadlı oyunçuları komandaya dəvət etmək mümkün deyil.

- Hakim sərt oyuna üstünlük verdi. Bu sizi narahat etmədi ki?

- Düşünürəm ki, bu gün hakim sərt oynamağa imkan yaratdı və düşünürəm ki, düzgün qərarlar qəbul etdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right