"Ağır oyun oldu. Futbolçuların durumuna görə məğlubiyyətə razı idim. Ancaq hər şey bizim istədiyimiz kimi oldu. Futbolçular əlindən gələni etdi. Yenə də bəzi epizodlar verdik və düşünürəm ki, çox vacib bir qələbə qazandıq. Çətin səfərdən sonra futbolçular bu qələbəyə layiq idilər"
Newsport.az saytının məlumatına görə,bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasında III turun “”Qarabağ” – “Qəbələ” (2:1) oyunundan sonra keçirilən mətbuat konfransında matç haqda danışıb.
Qurban Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Oyunun gedişində üç əsas futbolçunu meydana buraxdınız. Məğlubiyyətlə razılaşmağınız kimi görünmədi...
- Bir var 90 dəqiqə meydanda olmaq, bir də oyunun sonuna yaxın oynamaq. Bunlar fərqlidi. Bütün matç boyu oynamaq futbolçular üçün çətinlik yaradır.
- Transferlərlə bağlı nə deyə bilərsiz?
- Bu suallara cavab verməkdən yorulmuşam. Hər dəfə fərqli fikirlər olur. Hər dəfə yeni xəbər olur, ancaq ortaq və dəqiq fikir mövcüd olmur. Bu səbəbdən bu suallara cavab verə bilmirəm. Bizə futbolçu lazımdı, ancaq ona görə yox ki, heyət zəifdi. Sadəcə əlimdə daha çox oyunçuların olmasını istəyirəm. Bəzi futbolçular zədələnəndə problem yaşayırıq. Bu baxımdan seçim şansının çox olmasını istəyirik. Danışıqlar gedir və transfer pəncərəsi bağlanınca bir-iki futbolçu almaq istəyirik.
- Sizcə "Qəbələ" əvvəlki formasında uzaqdadımı?
- Bu barədə düşünmürəm. Bizdən geri qalmadılar. Biz də çətinlik çəkdik və ümumiyyətlə bu barədə düşünmürük. Çempionatda ən yaxşı vaxtda da xal itkilərimiz olub. Arxayn olmuruq ki, bizim rəqibimiz yoxdu. Yorğunçuluq olacaq və bu oyunlara maksimum hazırlaşmalıyıq. Hər matç bizim üçün çətindi.
- Millinin oyunu ilə bağlı fasilə yarancaq?
- Yox əksinə, bu bizə böyük fayda verəcək. Cəmi 12 gündü. Çox müddət deyil. Bəzi futbolçular ağır qrafikdə olacaq, onlara görə narahatam. Sıx təqvimdə oynayacaqlar. Burda olan, əlimdə olan futbolçular üçün isə dincəlmək baxımından faydalı olacaq.
- Prezidentlə görüş sizin üçün nə kimi fayda verəcək?
- Əlbəttə, bu görüş komanda üçün əlavə motivasiyadı. Bizim üçün böyük faydası olduğunu deyə bilərəm. Bizim üçün yaxşı motivasiyadı. Prezident oyunlara baxır. Bütün futbolçularımızı tanıyır. Hər futbolçunun səhvlərini də dedi. maraqlı görüş alındı, ona a təşəkkür edirəm.
- Zədəlilərin durumu?
- Ağabala dünən komandaya qoşulub. Dani fərdi məşq edir, hələki komandaya qoşulmayıb.