Rəşad Sadıqov: "Prezidentin mənimlə danışığını dünyalara dəyişmərəm"

"Çətin qarşılaşma oldu. Bu oyunda qələbə qazanmaq bizim üçün çox vacib idi".

Newsport.az  saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib. 

Bu gün Azərbaycan Premyer Liqasında üçüncü tura yekun vurulub.Turun əsas oyunu “Qarabağ” və “Qəbələ” arasında olub. Qarşılaşma Ağdam klubunun 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyundan sonra “Qarabağ”ın kapitanı Rəşad Sadıqov açıqlama verib. O, öncə bir neçə gün öncə ölkə preziidenti cənab İlham Əliyevin Çempionlar Liqasında qrup mərhələsində "Qarabağ"ı qəbul etməsindən danışıb:"Prezidentin mənimlə danışığını dünyalara dəyişmərəm. Sanki fikirlərimi oxudu. Çox gözəl sözlər idi. Elə anda prezident mənə təriflər dedi ki, sona yaxınlaşan vaxtda. Çox xoş idi. Baxaq görək nə necə olacaq.

Sadıqov oyun başa çatdıqdan sonra rəqib azarkeşlərlə arasında olan dialoqdan danışıb: "Oyunun sonlarında rəqib komandanın azarkeşlərindən biri məni çağırdı və dedi ki, Çempionlar Liqasında sizi sona qədər dəstəkləyirik. Rəqib komanda azarkeşindən bunu eşitmək çox yaxşıdır. Mən də ona təşəkkürümü bildirdim”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right