“Pis oynamadıq. İlk hissədə çox yaxşı futbol sərgilədik”.
Newsport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.
“Kimyaçılar” Azərbaycan Premyer Liqasının III turunda səfərdə “Zirə”yə məğlub olub – 3:1.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “İkinci hissədə ilk qolu biz vurmaq istəyirdik. Amma qol buraxdıq və oyun sistemimiz pozuldu. İnanıram ki, komandamız öz oyununu tapacaq. Yaxşı komandamız var və məğlub olmağı ciddi problem hesab etmirəm. Düşünürəm ki, daha yaxşı çıxış etməyi bacaracağıq”.
- Qapıçı dəyişikliyi etmişdiniz. Bu, nə ilə bağlı idi?
- Mehdi də təcrübə qazanmalıdı. Fərhad Vəliyevə nəsə olsa, qapıda Cənnətov dayanmalıdı. Düşünmürəm ki, o, bu gün ciddi səhvlər etmədi. Məncə, komanda zəif çıxış etdi. İnanıram ki, özümüzü toparlayacağıq.