"O futbolçuda nəsə çatışmır" - Ayxan Abbasov

“Çətin oyun oldu. "Kəpəz" üzərində qələbədən sonra komandanı oyuna kökləməyin çətin olacağını bilirdim”.

Newsport.az  saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib.

Paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının III turunda öz meydanında “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “İlk hissədə futbolçularda arxayınlıq var idi. Birinci yerdə olduğumuz üçün bu, gözlənilən idi. Çatışmazlıqlarımız var, bundan sonra çətin oyunlarımız olacaq. Başımızı aşağı salıb, işimizə davam etməyə çalışacağıq”.

- Demək olar ki, oyunun taleyini sonradan meydana daxil etdiyiniz Vüsal İsgəndərli həll etdi. Ondan belə oyun gözləyirdiniz?

- Onu potensialı olduğu üçün komandaya dəvət etmişik. Amma o uşaqda nəsə çatışmır. Bu həftə onun üzərində daha çox çalışdıq və bu gün nəticəsini gördük. Düşünürəm ki, Vüsal son zamanlar komandada ən yaxşı formada olan futbolçulardandır. Fikrimcə, İsgəndərli yaxşı futbolçu ola bilər və bunu edə bilmək üçün öz üzərində çox çalışmalıdır. 

futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right