"Nəsə ciddi fərq görmürəm" - Səlahət Ağayev

"Uşaqlar istəkli idilər. Çox çalışdıq da, alınmadı. Yaxşı şanslarımız da oldu, sadəcə, qol çatışmadı".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin qapıçısı Səlahət Ağayev deyib.

"Ağ-qaralar" Azərbaycan Premyer Liqasının III turunda "Kəpəz"lə qolsuz heç-heçə edib. 

Oyundan sonra saytımızın əməkdaşının suallarını cavablandıran qolkiper fikirlərini bildirib: "Hamı şahid oldu ki, çoxlu qol imkanları yaratdıq. Bəxtimizin gətirmədiyini deməliyəm".

- İlk iki turda bu qədər qol vəziyyəti yaratmamışdınız. Bunun səbəbi nə idi?

- Komandamızda dəyişiklik oldu. Elxan Abdullayevlə Elşad Əhmədovun oyun stili fərqlidir. Bu gün bizim bəxtimiz gətirmədi.

- Oyun sistemində fərq nədir?

- Mən komandaya yeni qoşulmuşdum, ötən mövsüm burda olmamışam. Komandaya "İnter" Avropa Liqası ilə vidalaşdıqdan sonra gəldim. Çox az oynamışam. Nəsə ciddi bir fərq görmürəm. Bu haqda danışmağım düz olmaz.

- "İnter"də çox təzyiq altında deyildin. "Neftçi"nin futbolçusu olmaq çətindir?

- Hər bir azarkeş komandasının qələbəsini arzu edir. Bu, normal haldır. Çətinlik yoxdu. Sadaəcə, mövsümə uğursuz start verdik. Bu səbəbdən də tənqid atəşinə tuş gəlmişik.

- Özün də "Neftçi"ə keçəndən sonra inamlı təsir bağışlamırsan. Bu fikirlə razısan?

- Heç bir problemim yoxdur. "Qarabağ"la oyunda səhvə yol vermişdim. Futbolda da səhvlər qaçılmazdır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right