"Neftçi"yə italiyalı mütəxəssisi gətirmək istəyirlər

Mövsümə bərbad başlayan və Elxan Abdullayevi istefaya göndərən “Neftçi” baş məşqçi postuna namizədləri dəyərləndirir. Kluba artıq bir neçə əcnəbi mütəxəssis də təklif olunub.  

Newsport.az-ın məlumatına görə, menecerlər italiyalı çalışdırıcı Valter Zenqanı “Neftçi”yə gətirə biləcəklərini deyiblər. Klub prezidenti Orxan Hüseynzadə isə hələki bu məsələyə münasibət bildirməyib. Çünki Orxan bəy də anlayır ki, indiki halda əcnəbi mütəxəssis gətirmək böyük riskdir. Yanlış addım onsuz da uçurumda olan “Neftçi”ni "quyunun lap dibinə" apara bilər.

Qeyd edək ki, Valter Zenqa məşqçilik fəaliyyətinə 1998-ci ildə ABŞ-da başlayıb. Bu illər ərzində “Styaua”, “Srvena Zvezda”, “Qaziantepspor”, “Dinamo” (Buxarest), “Palermo”, “Sampdoriya” və daha bir neçə klubu çalışdırıb. 57 yaşlı mütəxəssisin son iş yeri İngiltərədə “Vulverhempton” klubu olub. 2016-cı ildən işsizdir. 

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right