"Heç bir komandanı 3 günə düzəltmək olmaz" - "Neftçi"nin məşqçisi

“Maraqlı oyun oldu. Futbolçular bacardıqlarını ortaya qoydular”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin məşqçisi Elşad Əhmədov deyib.

“Ağ-qaralar” Azərbaycan Premyer Liqasının III turunda öz meydanında “Neftçi” ilə qolsuz heç-heçə edib və yeni mövsümdə ilk xalını qazanıb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Futbolçular qələbə qazanmaq üçün var güclərini ortaya qoydular. 3 gündü bir yerdə olduğumuz üçün futbolçulardan heç nə tələb edə bilməzdim”.

- “Neftçi” uzun müddətdi özünə gələ bilmir. Komandada problem nədir?

- Uşaqlar 60 dəqiqə oynamaq gücündədirlər. Məncə, fiziki baxımdan problemlər var.

- Komanda acınacaqlı durumdadır. Əgər təklif gəlsə, burada qalmağa razılıq verəcəksiniz?

- Hər bir baş məşqçi vaxt istəyəcək. Heç bir komandanı 3 günə düzəltmək olmaz. “Neftçi”ni 6-9 aya yaxşı komandaya çevirmək olar.

- 6-9 ay dediniz. Artıq “Neftçi” üçün çempionatın başa çatdığını düşünmək olar?

- Yox, komandada potensial var. Düşünürəm ki, “Neftçi” 4-cü yeri tutmaq gücündədir. Amma bunun üçün çox çalışmaq lazımdır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right