Samir Əliyev: "Futbolçuların ustalıq səviyyəsi zəifdi"

Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Səbail" səfərdə "İnter"in qonağı olub.

Newsport.az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Matçdan sonra keçirilən mətbuat konfransında "Səbail"in baş məşqçisi Samir Əliyev jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq "Qarabağ"ı ÇL-in qrup mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib:

- "Səbail"in adından "Qarabağ"ı Çempionlar Liqasının təbrik edirəm, onlara uğurlar arzu edirəm. Oyuna gəlincə, məğlub olmalı oyun deyildi. Biz "İnter"dən üstün oynadıq.

- Vüqar Nadirova nə yedizdirmək lazımdır ki, ötürmə də versin?

- 30 yaşından sonra heç nə. Tək Vüqar yox, taktika ilə bağlı bütün futbolçuların üzərində çox işləyirik. Amma hələ ki, istədiyimizi ala bilmirik.

- "Səbail" yaxşı futbol oynamağa çalışır. Bəs oyununuzda çatışmayan nədi?
- Futbolçuların ustalıq səviyyəsi zəifdi. Baxımlı futbol sərgiləməyə çalışırıq. Sadəcə, nəticə çatışmır. Nəticə vacibdi. Bugünkü oyuna görə heç bir futbolçudan narazılığım yoxdu. Oyundan sontra hamısına təşəkkür etdim.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right