Minsk şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib.
Newsport.az-ın məlumatına görə, təmsilçimizin rəqibi Belarusun U-19 komandası olub.
Qarşılaşmada rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu komandalar arasında avqustun 22-də keçirilmiş yoldaşlıq oyunu da belaruslu futbolçuların 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.