Vitse-prezident Elnur Əşrəfoğlunun "səsin kəsdi"

Xəbər verdiyimiz kimi, İntizam Komitəsinin qərarına əsasən, Premyer Liqanın XII turunun "Simurq” – "Neftçi” oyunu başa çatdıqdan sonra "Neftçi” klubunun rəsmisi Elnur Əşrəfoğlu Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu geniş kütlə qarşısında təhqir etdiyinə və bu hərəkətini kütləvi informasiya vasitələrində də davam etdirdiyinə görə 10 oyunluq stadiona giriş qadağası qoyulub, klub isə 20.000 manat cərimələnib.
 
Elnur Əşrəfoğlu isə bu məsələ ilə əlaqədar Apellyasiya Komitəsinə müraciət edəcəklərini bildirmişdi.
Bu barədə əməkdaşımız Elnur Əşrəfoğlu ilə əlaqə saxlayıb. "Neftçi" klubunun müşaviri GOAL.az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib: " Klubun vitse-prezidenti Elnur Məmmədov tərəfindən mətbuata açıqlama verməyimə qadağa qoyulub".
"Neftçi"nin vitse-prezidenti Elnur Məmmədovun AFFA-nın baş katibi Elxan Məmmədovun kadrı olması heç kimə sirr deyil. Yəqin vitse-prezident də klubdakı işçinin böyüyü barədə danışmasın istəmir. Bu səbəbdən də, Elnur Əşrəfoğluna qadağa qoyulub. 
Digər tərəfdən isə Elnur adaşının yox, klub prezidentinin işçisi – müşaviridir. Dolayı yolla vitse-prezidentdən daha səlahiyyətli vəzifə sahibi sayılır. Bəs prezident öz adamına Elxan Məmmədovun kadrının əmr etməsinə necə göz yumur? Yaxşı tapmacadır!.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right