"Neftçi" "Kəpəz"lə heç-heçə etdi, "İnter"dən qələbə Yenilənib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.
 
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş baş tutacaq.
Həftənin açılış matçı ötən mövsümün bürünc mükafatçısı "İnter”lə debütant "Səbail” arasında olacaq. Zaur Svanadzenin rəhbərlik etdiyi kollektiv yeni çempioanta "Qəbələ” (1:2) və "Qarabağ”a (0:1) məğlubiyyətlə başlayıb ki, bu da başa düşüləndir. Sözügedən komandalar sonuncu marafonu ilk pillədə başa vurmaqla yanaşı, "ağ-göylər” kimi heyət və maddi baxımdan problem yaşamırlar.
 
Elitanın ən gənc komandası isə artıq öz məharətini göstərməyi bacarıb. Azərbaycanın ən qocaman klubu "Neftçi”ni məğlub edən (1:0) paytaxt təmsilçi, ilk turda "Zirə”yə uduzub (1:2).
 
Müstəqilliyin ilk illərində mükafatlar uğrunda yarışmalarda bir-birlərinə rəqib olan "Neftçi” ilə "Kəpəz” son dönəmlərdə fərqli qrafik cızmaqdadırlar. Hər iki kollektiv mövsümə yenilgi ilə başlayıb. "Ağ-qaralar” "Səbail”lə bərabər, "Qarabağ”a məğlub olub (1:3). Gəncə təmsilçisi isə "Sumqayıt” (0:1) və "Zirə” ilə bacarmayıb (0:3).
 
Uğursuz startın fonunda "Neftçi”nin baş məşqçisi Elxan Abdullayev istefa verdiyi üçün komandanı "Kəpəz”lə görüşə Elşad Əhmədov çıxaracaq. "Bakcell Arena”da baş tutacaq duel bu kollektivlərin milli çempionatlar tarixində 48-ci oyunu olacaq. Əvvəlki görüşlərdən 21-də bakılılar, 18-də gəncəlilər 3 xala seviniblər. "Neftçi” son 3 oyunda əzəli rəqibinə qalib gələ bilməmklə yanaşı, qol da vurmağı bacarmayıb.
 
Azərbaycan Premyer Liqası
III tur
25 avqust (cümə)
 
 
 
18:00. “İnter” - “Səbail” - 1:0 
Qol: 
Nizami Hacıyev, 4
Qırmızı vərəqə: Tərlan Quliyev, 63 ("İnter", ikinci sarı vərəqə)
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rahil Ramazanov, Ramil Diniyev
“İnter Arena”

20:30. “Neftçi” - “Kəpəz” 0-0
Hakimlər: 
Orxan Məmmədov, Vüqar  Bayramov, Mehman Mahmudov, Rəhim Həsənov
“Bakcell Arena”




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right