Ölkə prezidentindən "Qarabağ"a 2 milyon manat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də “Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Sərəncam imzalayıb.

Newsport.az saytı "Azərtac"a istinadən xəbər verir ki, Sərəncamda “Qarabağ" futbol klubunun ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının Azərbaycan futbolunun tarixi qələbəsi olduğu vurğulanır.

Klubun Azərbaycanı layiqincə təmsil etdiyi, ölkəmizdə futbolun inkişafında və yüksəlişində xidmətləri nəzərə alınaraq, 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 2 milyon manat ayrılıb





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right