UEFA-nın futbol marketinqiylə əlaqədar olaraq tədbir keçirilib.
Newsport.az xəbər verir ki, ilin yekunlarına görə təşkil olunan tədbir Portuqaliyanın Kaşkayş şəhərində baş tutub.
Tədbirdə il ərzində diqqətçəkən fəaliyyətiylə seçilən milli assosiasiyalar mükafatlandırılıb. Mükafata layiq görülənlər arasında AFFA da var.
Futbol Federasiyası Grassroots marketinq sahəsində mükafat qazanıb. Ölkəmizdə “3x3 Qızlar turniri” keçirilməsinə görə assosiasiyaya bu sahə üzrə Yaradıcılıq və İnnovasiya nominasiyası üzrə mükafat təqdim olunub.