“Milliyə dəvət almaq əsas deyil” Təmkin Xəlilzadə

Bu gün yığmamızın baş məşqçisi Robert Prosineçki millinin heyətini açıqladı. Sentyabrın 1-də səfərdə Norveç, 4-də isə evdə San Marinonu qəbul edəcək komandamızda yeni ad var. Bu “Zirə”nin sol cinah müdafiəçisi Təmkin Xəlilzadədi. Son aylarda özünü yaxşı tərəfdən göstərən arxa xətt oyunçusunun yığmaya dəvəti gözlənilən idi.

Newsport.az-ın məlumatına görəMillidə debüt etmək imkanı qazanan Xəlizadə fikirlərini bildirib:

- Bütün futbolçularda olduğu kimi mənim də arzum milliyə dəvət almaq idi. Axır ki, buna nail oldum. Ötən ildən bunun üçün çalışırdım, günlərlə məşq edirdim. Amma bununla da iş bitmir, yolun başlanğıcındayam. Milliyə dəvət almaq əsas deyil, əsas olan orada özünü yaxşı tərəfdən göstərib, yığmaya kömək etməkdi. Bundan sonrasını zaman göstərəcək, məsuliyyətim daha da artıb. 

- Əksəriyyət səni iyunda Şimali İrlandiya ilə matça dəvət alacağını gözləyirdi, amma o zaman bu reallaşmadı. Bu dəfə Prosineçkinin siyahısında adını görəndə təəccüblənmədin?

- Nə qədər desəm ki, adımı siyahıda görəndə gözlənilməz olmadı bir az yalan olar. Çox sevindim, amma 80 faiz dəvəti gözləyirdim. 

- Deyəsən, təbrik edənlər çoxdu, bir neçə dəfə zəng etsək də, telefonun məşğul idi...

- Bəli, çox adam təbrik etdi. İnanın bayaqdan neçə nəfər zəng edib. Elə ilk zəng edən də sizin həmkarlarınızdan biri oldu. Milliyə dəvət aldığımı da elə o dedi. 

- Qarşıdan Norveç və San Marinoyla oyunlar gəlir. Bu qarşılaşmalarla bağlı fikirlərin nədi?

- Bizi çox çətin 2 oyun gözləyir. Sözün əsl mənasında “savaş” olacaq. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Buna inanıram.

- Səncə, qarşıdakı 2 oyundan neçə xal götürmək olar?

- 6 xal qazana super olar, amma 4 xalı da uğur saya bilərik.

 

futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right