Vüqar Nadirov: Prosineçki bizə əlavə stimul verir

"Qarabağ"ın hücumçusu Vüqar Nadirov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyundan sonra Avroliqadakı "Sent-Etyen"lə görüşdə vurduğu qoldan və Robert Prosineçkidən danışıb.

Newsport.az saytına açıqlamasında o, 3:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"Sent-Etyen"lə oyunda vurduğum qoldan sonra Qarabağda şəhid olan atam yadıma düşdü. Prosineçkiyə gəlincə, onun yığmamızın baş məşqçi postuna namizəd olması, oyunlarımıza gəlməsi bizə əlavə stimul verir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right