"Səhvlər danılmazdır, həmişə olur" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Çox maraqlı oyun oldu. Meydanda 90 dəqiqə mübarizə gördük. Qollu bir qarşılaşmanın şahidi olduq. Futbolçularımı təbrik edirəm. “Simurq” barədə ən xoş sözlər deyə bilərəm. Düşünürəm ki, avrokubokda çıxış edəcəklər. Rəqibin oyunu çox xoşuma gəldi. Məşqçinin işini yüksək qiymətləndirirəm. 3 xal qazanmağımıza şadam. Turnir cədvəlində mövqeyimizi bir qədər də möhkəmləndirdik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right