Millimizin üzvü "Borussiya"ya qələbə qazandırdı

Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Bilal Sezərin çıxış etdiyi Münhenqladbax "Borussiya"nın U-23 komandası "Şalke 04"ü qəbul edib.

Newsport.az xəbər verir ki, Oyun "Borussiya"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bilal start heyətində yer alıb və 90+1-ci dəqiqədə Leonel Kadiata tərəfidən əvəzlənib. O, 75-ci dəqiqədə penaltidən komandasının qələbə qoluna imza atıb. 

 
Qeyd edək ki, Regional Liqanın "Qərb" zonasında çıxış edən "Borussiya"  17 turdan sonra 33 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Bilal bu mövsüm komandasının 3 qoluna imza atıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right