Türkiyənin PTT 1-ci liqasında XI turun oyunları keçirilir. Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka" "Altınordu"nun qonağı olub.
Newsport.az xəbər verir ki, Oyun "Karşıyaka"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir start heyətində yer alıb və 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Karşıyaka" 11 turdan sonra 17 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.