"Simurq" "Qarabağ"ı darmadağın etdi

Əvəzedici heyətlərin ölkə birinciliyinin XIV turunun son matçında "Simurq" doğma arenada "Qarabağ"ı qonaq edib. Newsport.az xəbər verir ki, ötən həftə səfərdə "Qəbələ"yə məğlub olan Rövşən Babayevin yetirmələri liderliyi əldən vermişdi. Ancaq bugünkü matçda qalib gəlməyi bacaran "Simurq", liderlik uğrunda mübarizəni davam etdirdiyini göstərib. "Sarı-qaralar" Ağdam təmsilçisinin qapısından dörd cavabsız top keçirdib. Komandamızın qollarını Nicat Muxtarov (1), Sahib Abbasov (1) və Oruc Balaşlı (2) vurub. 
 
 
"Simurq" 4:0 "Qarabağ" matçında dubl edən Oruc Balaşlı bombardirlər siyahısında da ilk sıraya yüksəlib. Rəqib qapısından 9 qol keçirdən gənc hücumçumuz, hazırda liderdir. 
 
 
“Simurq” 4-0 “Qarabağ” 
(Nicat Muxtarov, 27; Oruc Balaşlı, 50, 82 (p.); Sahib Abbasov, 58)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right