Dino ilə bağlı son durum: istirahət edəcək, oynayacaq?

Azərbaycan futbolu tarixində taleyüklü oyunlara çıxan “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə ilk görüşdə 1:0 hesablı qələbə qazandı. İşin ilk hissəsini uğurla başa vuran “Qarabağ” 23 avqustda bəlkə də ölkə tarixinin ən önəmli matçına çıxacaq.

Newsport.az saytının məlumatına görə,bu oyundan öncə komandanın heyətində ciddi zədəlinin olmaması baş məşqçi Qurban Qurbanovu sevindirir. Ağabala Ramazanov və uzun müddətdi yaşıl meydançalardan kənarda qalan Danidən başqa, bütün futbolçular oyuna hazır sayılır. Son oyunda zədə alan Dani Ndlovunun da durumu yaxşıdır. Bizdə olan məlumata görə, Dino oynamağa hazırdır. Ola bilər ki, Qurban Qurbanov Dinonu “İnter”lə keçiriləcək çempionat oyununda meydançaya buraxmayıb, “Kopenhagen”lə cavab görüşünə tam hazır vəziyyətə gəlməsini təmin etsin.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right