"Qarabağ" "Palermo"nun hücumçusu üçün 2 milyonundan keçməyə hazırdı

"Qarabağ"  İtaliyanın "Palermo" klubunun futbolçusu Karluş Apna Embalonu icarəyə götürmək istəyir.

Newsport.az-ın "ilovepalermocalcio.com"a istinadən yaydığı xəbərə görə, Ağdam klubu  23 yaşlı hücumçunun  1 illik icarəsi üçün qarşı tərəfə 200 min avro təklif edib.

Mövsüm ərzində Embalonun çıxışı qaneedici olsa, o, 2 milyon avro qarşılığında birdəfəlik transfer oluna bilər. Qvineya-Busaulu  futbolçu ilə İtaliyanın "Peskara" və "Breşiya" klublarının da maraqlandığı bildirilir. 

Qeyd edək ki, Çempionlar Liqasınını pley-off mərhələsində "Kopenhagen"lə keçirilən oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da transfer etmək istədikləri bəzi futbolçuların klublarına pul təklif etdiklərini açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right