"Qarabağ" UEFA reytinqində 6 pillə irəlilədi

UEFA klubların növbəti reytinq siyahısını açıqlayıb.

Nesport.az-ın məlumatına görə, ölkəmiz 454 klub siyahısında 7 komandayla təmsil olunur.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, 454 komandanın yer aldığı siyahıda Azərbaycan 7 klubla təmsil olunub.

Ən yaxşı göstərici Ağdamın "Qarabağ" klubundadı. Belə ki, Avropa Liqasının qrup mərhələsində səfərdə "Sent-Etyen"lə 1:1 bərabərə qalan “Qarabağ” klubu reytinqdə 6 pillə irəliləyib. Ağdam təmsilçisi hazırda 10.450 xalla 158-ci pillədə qərarlaşıb.

Ümumilikdə avrukoboklarda son beş mövsümün (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən hazırlanan siyahıda komandalarımızın mövqeyi aşağıdakı kimidir:

 

158. “Qarabağ” (+6)
175. “Neftçi” (-4)
271. “İnter” (0)
298. “Xəzər Lənkəran” (+1)
338. “Bakı” (+3) 
359. “Qəbələ” (+4)
362. AZAL (+3)

Reytinq cədvəlinə yenə də Çempionlar Liqasının son qalibi “Real” (Madrid) klubu başçılıq edir. “Barselona” ikinci, “Bavariya” isə üçüncü yerdədir.

Qeyd edək ki, ölkələrin reytinqində isə Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. "Qarabağ"ın "Sent-Etyen"lə səfər heç-heçəsindən sonra xalını 12.250-ə çatdıran ölkəmiz reytinqdə 29-cudur. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right