Bu gün Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, "Qarabağ" Fransada "Sent Etyen"in qonağı olacaq.
Təmsilçimiz səfərdə qələbə qaznamaqla qrupdan çıxmaq şanslarını xeyli yüksəldəcək. Səfərdə qazanılacaq heç-heçə də ümidləri son tur matçlarına daşıyacaq.
Qeyd edək ki, təmsilçimizin rəqibləri “İnter” və “Dnepr” klubları da qüvvəsini sınayacaq.
27 noyabr
Avropa Liqasının qrup mərhələsi, V tur
00:05. "Sent-Etyen" (Fransa) – "Qarabağ" (Azərbaycan) 1:1
Qollar: Vüqar Nadirov, 15, Van Volfsvingel, 21
Hakimlər: Kristin Yakobsson, Siqurdur Oli Torleyfsson və Qunnar Qunnarsson (hamısı İslandiya)
Sent-Etyen. “Joffrua Qişar” stadionu