"Şüvəlan" "Səbail"lə qarşılaşacaq

I Divizion təmsilçisi "Şüvəlan" yeni mövsüm üçün hazırlıqlarını davam etdirir.
 

Newsport.az xəbər verir ki, qəsəbə klubu daha bir yoldaşlıq görüşü keçirəcək. Aqil Nəbiyevin yetirmələri bu dəfə Premyer Liqada mübarizə aparan "Səbail"lə qarşılaşacaq. Görüş avqustun 5-də keçiriləcək.
 
"Dalğa Arena"da baş tutacaq matç saat 18:00-da başlayacaq.
 
Xatırladaq ki, "Şüvəlan" hazırlıq çərçivəsində 6 yoxlama oyunu keçirib. Qəsəbə təmsilçisi "Qaradağ Lökbatan"a 3:1 , "Zirə"nin əvəzedici heyətinə 5:0, "Sumqayıt"ın əvəzedicilərinə 2:0 hesabı ilə qalib gəlib, "Neftçi"yə 0:2, "Zirə"yə isə 0:4, 19 yaşlıardan ibarət milli komandamıza isə 0:2 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right