"İnqilab Məmmədov Qusarda olmayan penaltini bizim qapımıza verdi və biz məğlub olduq. O bütün məşqçilər heyyətinin və futbolçularımızın əziyyətini yerə vurdu" bu sözləri Newsport.az saytına müsahibə verən "Rəvan" klubunun köməkçi məşqçisi Müşviq Qənbərov deyib.
Təcrübəli məşqçi bu məğlubiyyətdən sonra onların işinin çətinə düşdüyünü bildirib və bunları deyib: "Qusarda bizim qapımıza təyin olunan səhv penaltidən sonra məğlub olmağımız bizi hal-hazırda lider olan "Nefçaladan" 3 xal geri düşməyimizə səbəb oldu. 1-ci dövrədə son 3 oyunda "Rəvan" əgər qalib gəlməzsə mən klub rəhbərliyinə istefa ərzəsi ilə müraciət edəcəm"