"Sumqayıt"da istirahət başa çatdı

Sumqayıt” 2017/18 mövsümünün hazırlıqlarına davam edir.

Newsport.az-ın məlumatına görə, Türkiyənin Bolu bölgəsində keçirilmiş təlim-məşq toplanışından sonra 3 gün müddətinə istirahətə buraxılmış kollektiv bu gün saat 18:30-da yenidən məşqə çıxıb.

Əsasən toplu çalışmalar və taktiki gedişlərə üstünlük verilən məşq prosesi təxminən 1,5 saat müddətində davam edib.

Qeyd edək ki, “Sumqayıt” çempionatın startınadək gündə bir dəfə olmaqla, Sumqayıt şəhərində məşqlərini davam etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right