"Zirə” yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, “qartallar” Zirə İdman Kompleksinin stadionunda “Şüvəlan”la üz-üzə gəlib. “Zirə” 4:0 hesabı ilə qalib gəlib. Orxan Əliyevin het-trikə imza atdığı matçda sonuncu qolu Təmkin Xəlilzadə vurub.
Qeyd edək ki, komanda növbəti yoxlama oyununu avqustun 5-də keçirəcək.