Avropa Liqasında mübarizəni dayandıran Bakının "İnter" klubu diqqətini Topaz Premyer Liqasına yönəldib.
Newsport.az-ın məlumatına görə, istirahətini başa vuran paytaxt təmsilçisi artıq hazırlıqlara start verib.
Ötən gün "Neftçi"nin əvəzedici komandası ilə yoxlama oyunu keçirən və 4:0 hesabı ilə qalib gələn Zaur Svanadzenin yetirmələrinin növbəti rəqibinin adına aydınlıq gəlib. Belə ki, sabiq "bankirlər" yeni mövsümdən birinci divizionda mübarizə aparacaq "Binə" klubu ilə qarşılaşacaq.
Görüş iyuun 29-da "Dalğa Arena"da keçiriləcək. Matç saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Topaz Premyer Liqasında yeni mövsümə avqustun 12/13-də start veriləcək.