"Qarabağ" üçün böyük şok

"Qarabağ" ciddi itki ilə üzləşib.

Ağdam klubunun aparıcı üzvü Reynaldo "Bakı" ilə matçda zədələnib. Braziliyalı futbolçunun diz qapaqlarında oynama olduğunu və ilkin diaqnoza görə onun 7-10 gün yaşıl meydanlardan kənarda qalacağını bildirilib. 

Reynaldonun AZAL-la oyunu buraxacağı dəqiqləşsə də, onun Avropa Liqasının qrup mərhələsinin V turunda "Sent Etyen"lə oyunda meydana çıxıb-çıxmayacağı yaxın 1-2 gün ərzində bəlli olacaq. 

Qeyd edək ki, "Sent-Etyen"- "Qarabağ" oyunu noyabrın 27-də, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right