Azərbaycan millisi İlisuda meydana çıxacaq

Bakıda hazırlıq keçmiş “Kəpəz”in əvəzedici heyəti qısa istirahətdən sonra Gəncədə məşqləri bərpa edib.

Newsport.az kluba istinadən xəbər verir ki, əvəzedicilər şəhər stadionunun yardımçı meydançasında məşqlərə başlayıb. Hazılıq prosesində 19 futbolçu iştirak edir.

Bu arada, “Kəpəz”in əvəzediciləri daha bir yoxlama oyunu keçirəcəklər. “Sarı-göylər” iyulun 27-də Qaxda Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası ilə qarşılaşacaq. Oyun millinin toplanış keçdiyi İlisuda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right