“Zirə”nin növbəti rəqibi müəyyənləşdi

Sabahdan etibarən Azərbaycan Premyer Liqasının 2017/2018-ci illər mövsümünün hazırlığını bərpa edəcək “Zirə” klubunun yoxlama görüşündə növbəti rəqibi müəyyənləşib.

Newsport.az xəbər verir ki, Ayxan Abbasovun başçılıq etdiyi komanda I Divizion təmsilçisi “Şüvəlan”la üz-üzə gələcək. Oyunun 29 iyulda keçirilməsi nəzərdə tutulub. Amma qarşılaşmanın yeri və saatı yaxın günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, "Zirə" Avropa Liqasında çıxışı başa vurduqdan sonra "Neftçi" ilə yoxlama oyunu keçirmişdi. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right