Ukrayna millisinin üzvü "Qarabağ"a gəlir?

Ukraynanın “Futbol 1” telekanalının jurnalisti İqor Burbas Ukrayna yığmasının sağ cinah müdafiəçisi Artyom Fedetskinin gələcək karyerası ilə bağlı 3 variant üzərində düşündüyü haqda "twitter" hesabında qeyd edib.

Newsport.az-ın məlumatına görə, ukraynalı həmkarımız 32 yaşlı futbolçunun "Qarabağ"la  çempionluq qazanmaq üçün Azərbaycana gəlmək istədiyini də qeyd edib. Fedetski Polşa və optimal variant kimi Türkiyəyə getmək barədə də fikirləşir.

Artyom Fedetskinin son komandası “Darmştadt” olub. O, II Bundesliqaya düşən komanda ilə müqavilə müddətini uzatmayıb.

Qeyd edək ki, Fedetski karyerası ərzində "Arsenal" (Kiyev), "Şaxtyor", "Karpati" və "Dnepr" kimi klublarda da çıxış edib. Təcrübəli futbolçu Ukrayna milliisində 53 oyun keçirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right