"Kəpəz" Türkiyə klubuna qarşı

“Kəpəz” Ərzurumda təlim-məşq toplanışını davam etdirir. Komanda gündə iki dəfə məşq edir.

Newsport.az-ın məlumatına görə, səhər məşqləri əsasən fiziki hazırlıq üzərində qurulub. Axşam hazırlığında isə futbolçular taktiki və texniki çalışmalar üzərində işləyirlər.

“Sarı-göylər” bu gün Ərzurumda ikinci yoxlama oyununu keçirəcək. Komandamızın rəqibi Türkiyənin 1-ci Liqa təmsilçisi olan “Ankaragücü” klubudur. Yerli hakimlər briqadasının idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right