“Neftçi”nin futbolçusu Georgi Navalovski komandadan ayrılmaq qərarı verib.
Newsport.az xəbər verir ki, bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Əfsərli bildirib.
Onun sözlərinə görə, Rusiya Premyer Liqa təmsilçisi “SKA-Xaborovski” klubundan təklif alan gürcüstanlı müdafiəçi “Neftçi”dən ayrılacaq. Sabah Navalovkinin müqaviləsinə xitam veriləcək.
Qeyd edək ki, 31 yaşlı futbolçu ötən ilin dekabrında Yunanıstanın "Veriya" klubundan “Neftçi”yə keçmişdi.